ÜST: Bu ilin sonunadək peyvənd əlçatan olacaq

Daxili xəbərlər | Sosial 25 iyun 2020
0


“Pandemiyanın sürəti artır. Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil”.

“NewsCafe” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq: “Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.

O əlavə edib ki, dünyada virusa yoluxanların 21 faizi tibb işçisi, 94 faizi isə yaşı 65-də yuxarı olan şəxslərdir.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930