Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Tural İbadlı Əməliyyat-axtarış 01 iyul 2020
0
Bakının Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.
"NewsCafe"nin xəbərinə görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.
Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031