Jurnalistləri təhqir edən şəxsin kimliyi bəlli oldu

Tural İbadlı Əməliyyat-axtarış 06 iyul 2020
0
Xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.
"NewsCafe" xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.
Artıq Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.
İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
Əlavə olaraq bildirək ki, İsmayıl Babayev ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə Nərimanov rayonu ərazisində qəza törətmiş, üç avtomobili yararsız hala salmışdı.






Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031