Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Tural İbadlı Səhiyyə 12 iyul 2020
0
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.
Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib. 
"Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", məlumatda bildirilib.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031