Elmar Məmmədyarov vəzifəsindən azad edilib, yerinə Ceyhun Bayramov təyin olunub

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 16 iyul 2020
0
Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib.
"Newscafe"nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.
Prezidentin digər sərəncamı ilə Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031