Muxtar Babayevin bələdiyyə üzvü olan keçmiş köməkçisi məhkəmə qarşısında

Tural İbadlı Məhkəmə 23 iyul 2020
0
Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"NewsCafe" xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə görə, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. 
Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
F.Dəmirov 2011-ci ildən Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi olub.
2018-ci ildə Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra F.Dəmirov nazirliyin Audit şöbəsində sektor müdiri təyin edilib, bir müddət sonra işdən çıxarılıb.
23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031