Ukraynadan 155 azərbaycanlı vətənə çatdırılıb

Tural İbadlı İnfrastruktur | Sosial 30 iyul 2020
0
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan "NewsCafe"yə verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031