İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Newscafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Caspel" MMC-dir.
Qalib şirkətə 2 754,1 min manat ödənilib.
Qeyd edək ki, "Caspel" MMC-nin 1 367 488,15 manat vergi borcu var. MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Ceyhun Quliyev Məhi oğludur.