Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə "Instagram" da paylaşım edib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 18 sentyabr 2020
0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə  "Instagram" hesabında paylaşım edib.
"NewsCafe"nin xəbərinə görə, paylaşım mətnində deyilir:
"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930