BŞİH sabah paytaxtda təmizlik işləri görəcək . . Azərbaycanın da adının yer aldığı "Avroviziya" qalmaqalı"na aydınlıq gətirildi . Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub . Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib . . . . Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb” . Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər" .

Əhliman Əmiraslanovun qardaşı oğlunun məhkəməsi keçirilib

Tural İbadlı Məhkəmə 22 sentyabr 2020
0
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Emil Əmiraslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
NewsCafe” xəbər verir ki, Fikrət Qəribovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası sentyabrın 29-a təyin edilib.
Qeyd edək ki, Emil Əmiraslanovun bir neçə vətəndaşa məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi barədə Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq, 8 iyun 2020-ci il tarixdə toplanmış material əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Əmiraslanov 14 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Emil Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanovun qardaşı oğludur.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930