Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir

Tural İbadlı Energetika | Sosial 11 oktyabr 2020
0
Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.
Bu barədə "NewsCafe" Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regional fəlakətin qarşısı alındı. Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Azərbaycan” İESMingəçevir SES hazırda norrmal rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Baş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031