Azərbaycanda bir gün də 647 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə | Sosial 18 oktyabr 2020
0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "NewsCafe"yə verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.
Ötən müddət ərzində 1 228 024 test aparılıb. Bugünkü test sayı isə 9 089-dur.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031