Adını dəyişən bank əməliyyatlarını zərərlə icra edir

Tural İbadlı Maliyyə-Biznes | Sosial 22 oktyabr 2020
0
Yelo Bank” ASC 2020-ci il sentyabrın 30-a olan maliyyə göstəricilərini açıqlayıb.
“NewsCafe” MediaPost-a istinadən xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 442 mln. 209 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır. Bankın aktivlərinin tərkibində müştərilərə verilən kreditlərinin həcmi il ərzində 30 mln. manata yaxın və ya 10,2% artdaraq 319 mln. 569 min manat olub.
Cari ilin üçüncü rüb göstəricilərinə əsasən bankın depozit portfeli 286 mln. 766 min manat təşkil edib. Bu isə 2019-cu ilin sentyabr göstəricisi ilə müqayisədə 2,2% çoxdur. Cəmi öhdəlikləri isə illik müqayisədə 1,6% artım nümayiş etdirərək 388 mln. 110 min manata çatıb. Bankın ötən rüb ilə müqayisədə Mərkəzi Bank qarşısında öhdəlikləri dəyişməyərək 7 mln. 661 min manat olub.
“Yelo Bank”ın cəmi kapitalı 11 mln. manat və ya 16,8% azalaraq 54 mln. 99 min manata düşüb. Cari ilin əvvəli ilə müqayisədə isə bankın cəmi kapitalında 19,4% azalma müşahidə olunub.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində bankın xalis faiz gəlirləri 26 mln. 403 min manat, xalis qeyri-faiz xərcləri 26 mln. 560 min manat olub. Əməliyyat zərəri 157 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 23 mln. 35 min manat ayırıb. Nəticədə, bank ilin ilk doqquz ayını 23 mln. 192 min manat xalis zərərlə icra edib.
Xatırladaq ki, "Nikoil Bank" ötən ilin noyabrında rebrendinq edərək “Yelo Bank” adı ilə müştərilərinin qarşısına çıxmışdı.
Qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bankdakı vəzifəsini tərk edəcəyini açıqlamışdı: Nikoloz Şurqaia "Yelo Bank"ı tərk edir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031