Bakıda yeni il ilə bağlı bayram yarmarkalarına hazırlıq gedir

Aqro | Sosial 04 noyabr 2020
0
Bakıda yeni il ilə bağlı bayram yarmarkalarına hazırlıq gedir

Kənd Təsərüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC dekabrın 20-30-u (11 təqvim günü) aralığında Bakı şəhərinin 5 müxtəlif ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili işləri üçün açıq tender elan edib.
“Newscafe” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 25-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər qurumun Bakı şəh, Qaradağ rayonu, Lökbatan qəs, Xocasən yolu 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Kazım Hüseynovdur. Telefon: (012) 599-86-74.
Təkliflərə dekabrın 4-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30