“Vijn Fond Azərkredit” BOKT kreditorlarına müraciət edib
Lisenziyası ləğv olunmuş “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.
“Newscafe” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ("Hyatt Tover" iş mərkəzi 2, mərtəbə 6) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303 867 manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatıdır (24%).