Diasporla İş üzrə Dövlət Komitəsi 47 min manatlıq Türkiyə bayrağı alıb

Maliyyə-Biznes | Sosial 06 noyabr 2020
0

Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyə bayraqlarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"NewsCafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Maskat-LM” MMC-dir.

Qalib şirkətə 46,5 min manat ödəniləcək.

Qeyd edək ki, “Maskat-LM” 2020-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Fərid Muxtarpaşa oğlu Əliyevdir. Ondan iki gün əvvəl isə eyni adamın adına "YENIERA" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30