Ermənilər Ağdamdakı tarixi eksponatları özləri ilə aparıblar

Tural İbadlı İncəsənət | Sosial 08 noyabr 2020
0
Ermənilər Ağdamdakı tarixi eksponatları özləri ilə aparıblar
Ermənilər işğal altındakı Ağdam rayonunda yerləşən Şahbulaq qalasında apardıqları qanunsuz arxeoloji qazıntıları zamanı aşkar etdikləri eksponatları, maddi-mədəniyyət nümunələrini, antropoloji parçaları naməlum yerlərə aparıblar.
NewsCafe”nin məlumatına görə, bu barədə arxeoloji ekspedisiya qrupunun "rəhbəri" Hamlet Petrosyan özünün feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, 2006-ci ildən başlayaraq ermənilər Ağdam rayonunda yerləşən Şahbulaq qalasında qazıntılar həyata keçirir. İşğaldan sonra qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcədə daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.
Ermənilər apardıqları qazıntılar zamanı eradan əvvəl və ilkin orta əsrlərə dair tapıntıları mənimsəyib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30