Bütün ölkə Ağababa dayıdan danışır

Tural İbadlı Maraqlı 09 noyabr 2020
0
Bütün ölkə Ağababa dayıdan danışır
Ötən gün vətəndaşlarımız sosial şəbəkələrdə Bakı küçələrində Şuşanın işğaldan azad edilməsini qeyd edən yaşlı kişinin görünütülərini paylaşmışdı. Əlində bayraqla "Azərbaycan, can Azərbaycan" deyən şəxsin artıq kimliyi məlum olub.
"NewsCafe" "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu 94 yaşlı Ağababa İsgəndərovdur.
Xəbəri eşidən kimi o, da sevincini hamıyla bölüşmək üçün paytaxtın mərkəzi küçələrində qələbəni qeyd edib.
O deyir ki, torpaqlarımızın işğaldan azad olacağı günə əhd edibmiş. ''Axı bu xəbəri eşidib necə evdə otura bilərdim?''- deyə Ağababa İsgəndərov sevincini ifadə edib.
Hazırda onun ən böyük istəyi işğaldan azad edilmiş və ediləcək torpaqlarımızı yenidən görməkdir, oralara ayaq basmaqdır.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30