FHN Suqovuşan su anbarını mühafizəyə götürdü

Tural İbadlı İnfrastruktur 14 noyabr 2020
0

 “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.

FHN-dən "NewsCafe"yə verilən məlumata görə, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi erməni işğalından azad edilib.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30