Oqtay Gülalıyevdə COVID-19 aşkarlandı

Tural İbadlı Səhiyyə 18 noyabr 2020
0
TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciətini əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.
TƏBİB-dən "NewsCafe"yə verilən məlumata görə, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib. Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30