Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 59 mln manatlıq tenderlərə yekun vurub

Maliyyə-Biznes | Sosial 24 noyabr 2020
0


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 15 binanın (15 tender), eləcədə 624 şagird-yerlik məktəbin (16) və  140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisi (17), inzibati binanın istilik məntəqəsi ilə tikintisi ilə bağlı elan etdiyi 17 açıq tenderə yekun vurub. 

"Newscafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Müasir Tikintilər”, “Rabitəinşaat" ASC (2 ten), “Konsept Holding", "Tunel-Metro İnşaat", “GM Construction” (3 ten), "Progress" Sənaye-İstehsalat Şirkəti, "Alten", "Alibəyli Şirkəti" (2 ten), "Akkord General Construction" (2 ten), "Azman Holding", “Kür-Araz Şirkəti”, "M.Nazimoğlu", "Minera", “Turan.İ.O", “Azertikinti-M” MMC-lərdir.

Qalib şirkətlərə ümumilikdə 58 701,575 min manat ödəniləcək.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30