İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşüb

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Maraqlı 05 dekabr 2020
0
Azərbaycan paralimpiya cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb.
"NewsCafe"nin məlumatına görə, görüş qazinin Cəlilabad şəhərindəki evində baş tutub.
İ.Zəkiyev qazinin sağlamlığı ilə maraqlanıb və ona şəfalar arzulayıb.
Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanaraq hər iki gözünü itirib. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev də snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirib.



@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031