Azərsu 20 qəpiklik şirkətə 4 mln manatlıq tender verdi

Maliyyə-Biznes | Sosial 07 dekabr 2020
0


“Azərsu” ASC nasosların təmir işləri üçün zəruri olan ehtiyat hissələri (1), eləcə də dalma nasoslarının satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. 

"Newscafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azelmaş" Elmi-Texniki Firması və "TP Trading" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4 231,6 və 925,816 min manat, ümumilikdə isə 5 157,4 min manat ödəniləcək.

Qeyd edək ki, "Azelmaş" 1993-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 0,20 manat, qanuni təmsilçisi isə Araz Rafiq oğlu Qurbanlıdır.

"TP Trading" isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Fuad Arif oğlu əfəndiyevdir.

Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031