ABŞ-da 5 nəfərlik azərbaycanlı ailənin 4 üzvü koronavirusdan ölüb

Tural İbadlı Ölüm 09 dekabr 2020
0
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində azərbaycanlı Əliyevlər ailəsinin 4 üzvü koronavirusdan (COVID-19) vəfat edib.
"NewsCafe"nin əldə etdiyi məlumata görə, ailə başçısı, 1964-cü il təvəllüdlü Əliyev Kamil Əliağa oğlu, həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Svetlana Yuriyevna, ailənin övladları 1999-cu il təvəllüdlü Əliyev Roma Kamil oğlu və 2001-ci il təvəllüdlü Əliyev David Kamil oğlu bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə klinikaya yerləşdiriliblər.
İntensiv müalicə keçmələrinə baxmayaraq onlar ötən həftə ərzində müxtəlif günlərdə vəfat ediblər. Ailənin iki üzvü - ana və böyük övlad eyni gündə dünyasını dəyişib. Övladlardan böyüyü - Roma Əliyev anadangəlmə astma xəstəliyindən əziyyət çəkib.
Ailədən yalnız bir üzv, 2004-cü il təvəllüdlü Əliyeva Amina Kamil qızı qalıb.
Vəfat edənlər xüsusi qayda ilə dəfn olunublar.
Qeyd edək ki, bu, Kamil Əliyevin ikinci evlilikdən ailəsi olub.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031