Antarktidada da koronavirusa yoluxma qeydə alındı

Tural İbadlı Səhiyyə 22 dekabr 2020
0
Çilinin elmi stansiyasında olan 36 nəfərə COVID-19 diaqnozu qoyulduqdan sonra Antarktida koronavirus pandemiyasından yan qaçan yeganə qitə olmaq statusunu itirib.
NewsCafe” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Tercera” qəzeti yazıb.
Koronavirusa yoluxma halları “Bernardo O'Higgins Riquelme” elmi stansiyasında aşkar edilib. Yoluxan 36 nəfərdən 26-sı hərbçi, 10-u isə bazada planlı iş aparan podratçı şirkətin əməkdaşıdır.
Qeyd olunur ki, yoluxanların hamısı simptomlar aşkar olunduqdan sonra tibbi-elmi personal tərəfindən təxliyə edilib və daha sonra PZR testlər veriblər.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031