Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 24 dekabr 2020
0
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"NewsCafe"nin məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031