“Gilan Holdinq”in 6 şirkəti ilə bağlı qərar verildi

Tural İbadlı Maliyyə-Biznes 25 dekabr 2020
0
Gilan Holdinq” MMC-yə məxsus “Sonata LTD”, “Sistem LTD”, “ELEQANT-R LTD”, "İD QRUP", "ELLİPS-Z" MMC-lər “İtaldizayn” QSC-yə, “Şedevr” MMC isə “İslahat LTD” MMC-yə qoşulması ilə əlaqədar hər iki şirkət (“İtaldizayn” və “İslahat LTD”) yenidən təşkil olunur.
NewsCafe” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, birləşdirilən 6 şirkət “Gilan Holdinq” MMC ilə eyni hüquqi ünvanda- Bakı şəhəri, N.Nərimanov küçəsi 206 ("Kapital Towers" iş mərkəzi) ünvanında qeydiyyatdan keçib. 
Kreditorlar tələblərini 2 ay ərzində qeyd olunan ünvana bildirə bilərlər.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031