Deputatın obyektində əməkdaşı cərəyan vurub

Qəza | Sosial 26 dekabr 2020
0

Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.

“Newscafe” "Report"a istinadən xəbər verir ki, mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.

Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Relax" istirahət mərkəzi deputat İqbal Məmmədova məxsusdur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031