Hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildilər

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 29 dekabr 2020
0
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
"NewsCafe" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2 267 hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər/
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.
Təltif edilən hərbi qulluqçuların siyahısı belədir.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031