Pərviz Şahbazov: “Baba Rzayev və digər şəxslərin peşəkarlığı istəyimizə nail olmağımıza imkan verəcək”

Tural İbadlı Energetika | Sosial 29 dekabr 2020
0
“Prezident İlham Əliyev enerji mənbələrinin şaxələndirilməsini və 2030-cü ilə qədər bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasını qarşıya məqsəd qoyub”.
“NewsCafe” xəbər verir ki, bunu Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanıın “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimində çıxış edən nazir Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məqsədə çatmaq üçün 10 şirkətlə müqavilə imzalayıb: "Sizi əmin etmək istəyirəm ki, bununla bağlı tenderlər çox şəffaf keçirilib və çox şadam ki, “ACWA Power” şirkətinin adı həmin 10 şirkət arasındadır. Bizim Səudiyyə Ərəbistanı ilə çoxtərəfli əməkdaşlığımız var. Məhz “ACWA Power”lə bağlanan müqavilənin bu əməkdaşlığa müsbət təsir edəcəyinə əminəm. Qeyd etmək istərdim ki, ilk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində təxminən 1 milyard kVt/s elektrik enerjisi istehsalına nail olunacaq. “Azərenerji”nin prezidenti cənab Baba Rzayev və bu müqavilənin imzalanmasında rolu olan digər şəxslərin məhz peşəkarlığı bizim istəyimizə nail olmağımıza imkan verəcək. Artıq Azərbaycanda bərpa olunan enerji mənbələrindən enerji alınması praktik olaraq həyata keçirilir”.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031