Putin: “Qarabağla bağlı razılaşma ardıcıl olaraq həyata keçirilir”

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 11 yanvar 2021
0
“Qarabağla bağlı üçtərəfli razılaşma ardıcıl olaraq həyata keçirilir”.
"NewsCafe"nin “Report”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
Rusiya prezidenti Əliyev və Paşinyana Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə təşəkkürünü bildirib və Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.
O, Qarabağda uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığını qeyd edib.
“Bu gün Qarabağda sülhməramlılar, sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”, - o deyib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031