Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verdi

Tural İbadlı Maraqlı 20 yanvar 2021
0
Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.
"NewsCafe" xəbər verir ki, 64 yaşlı S. Əsədov bir neçə gün əvvəl istefa ərizəsi yazıb.
S. Əsədov açıqlamasında istefa ərizəsi yazdığını təsdiqləyib: “Səhhətimdə yaranan proqlemlərlə bağlı sədr vəzifəsindən istefa verəsi oldum. Müalicəyə ehtiyacım var”.
O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S. Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.
Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.
Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, S.Süleymanov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur.
@APA
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031