"Azəriqaz" artıq yüklənmə məsələsinə aydınıq gətirdi

Tural İbadlı Energetika | Sosial 21 yanvar 2021
0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı ölkə ərazisində yaranan problemlərin səbəbini araşdırır.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bununla bağlı “NewsCafe”yə bildirib ki, bu da qəflətən havanın soyuması ilə tələbatın artması nəticəsində baş verən prosesdir: “Bunu biz fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Buna baxmayaraq, mərhələli şəkildə qaz təchizatının həyata keçirilməsi, tənzimlənməsi aparılır. Yaxın saatlarda qaz təchizatında müəyyən dayandırmalar olan yerlərdə mərhələli şəkildə proses öz qaydasına düşəcək”.
C. Səfərov bildirib ki, kəsintilər əsas kənd yerlərində idi: “Rayon mərkəzlərində və strateji yerlərdə bu problem müşahidə olunmayıb. Yaxın günlərdə bütün abonentlərimiz hiss edəcəklər ki, onların qaz təchizatı yüksək səviyyədə tam rejimlərə uyğun tənzimlənəcək. Artıq problemlər geridə qalıb, tədricən artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər də aradan qaldırılır”.
O qeyd edib ki, ümumilikdə qaz şəbəkəsində artıq yüklənmə olub.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031