Rasim Məmmədovun vəkili açıqlama yaydı

Tural İbadlı Məhkəmə 29 yanvar 2021
0

 "Baku Steel Company" şirkətinin DTX tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

NewsCafe”nin verdiyi xəbərə görə, E.Sadıqov bildirib ki, Rasim Məmmədovun guya Ramiz Mehdiyevin qara kassası olması barədə deyilənlər həqiqəti əks etdirmir: “Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub”.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib. Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031