Azərbaycanlı milyarder 1 gün ərzində 419 milyon dollar itirdi

Tural İbadlı Maliyyə-Biznes 30 yanvar 2021
0
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 1 gün ərzində 419 milyon dollar itirib.
"NewsCafe" Modern.az-a istinadən xəbər verir ki, əgər yanvarın 28-də iş adamının sərvəti “Bloomberg Billionaires İndex”də 18,4 milyard dollar idisə, hazırda bu məbləğ 18 milyard dollara qədər azalıb. Fond bazarlarında qeyri-stabillik və koronavirus pandemiyası Ələkbərovun sərvətinin 24 saat ərzində 419 milyon dollar azalması ilə nəticələnib.
Xatirladaq ki, 70 yaşlı iş adamı Rusiyanın 6-cı, dünyanın isə 108-ci ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031