“Bakcell” 2019-cu ildə “Azərişığ”a 5,6 milyon manat ödəniş edib

Tural İbadlı Energetika 30 yanvar 2021
0
Bakcell” MMC 2019-cu ildə 51 082 528 kVt/saat elektrik enerjisi istifadə edib ki, bu da 2018-ci illə müqayisədə 4 712 344 kVt/saat yaxud 10,16% çoxdur. “NewsCafe”nin əldə etdiyi məlumata görə, “Bakcell” 2019-cu ildə elektrik enerjisindən istifadəyə görə, “Azərişıq” ASC-yə 5 619 078,08 manat ödəyib.
Məlumatda deyilir ki, 2019-cu ildə ödəniş 2018-ci illə müqayisədə 518 357,84 manat yaxud 10,16% çoxdur.
Qeyd edilən ildə “Bakcell”in istifadə etdiyi dizel və benzinin həcmi isə 79 214 litr yaxud 15,74% azalaraq 424 129 litrə düşüb.
Qeyd edək ki, qeyri-əhali qrupu üzrə istehlakçılar üçün elektrik enerjisinin hər kVt/saatı 0,11 manatdan hesablanır.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031