Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcək

Tural İbadlı İnfrastruktur | Sosial 30 yanvar 2021
0
Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.
Bu barədə "NewsCafe"yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bu çərçivədə 01.02.2021-ci il tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Məkrəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.
Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.
"Nağdsız ödənişə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Əvvəlki dövrlərdə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", deyə BNA-nın məlumatında qeyd edilir.

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031