Prezidentin oğlu Qərb universitetini bu hərəkətə görə tənqid etdi

Tural İbadlı Əməliyyat-axtarış 08 fevral 2021
0
 İnstaqramda Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adına olan səhifədən edilən paylaşım sosial şəbəkələrdə rezonans doğurub.
"NewsCafe" xəbər verir ki, Heydər Əliyevin adına açılan səhifədə Ümummilli liderin 94 illiyində onun şəkli əks olunan köhnəklərdən Qərbi Kaspi Universitetində döşəmənin silinməsi üçün istifadə edilməsi qınanılıb.
Səhifədə bildirilib ki, bu, Ulu öndərə xalq sevgisinə böyük hörmətsizlikdir.
Səhifənin Heydər Əliyevə aid olmamasına baxmayaraq, bu paylaşım geniş əks-səda doğurub və çoxsaylı paylaşımlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri fakta etirazlarını bildiriblər.
Bu paylaşımlardan sonra Qərbi Kaspi Universiteti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük:
“Bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.
Universitetin açıqlamasında Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşıldığı, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olduğu vurğulanıb:
“Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provokasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.
Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.
Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı ifadə edirik və gördüyümüzdən iztirab və üzüntü keçiririk”.

@Axar.az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728