Keçən il "ASAN xidmət" 57 müraciətdən əsassız imtina edib

Tural İbadlı Sosial təminat 11 fevral 2021
0
ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN Xidmət”ə edilən 56 315 müraciətdən əsaslandırılaraq imtina edilib (1%), 822 236 müraciət üzrə isə informasiya xidməti (xidmətlərin təşkili və göstərilməsi barədə məlumatların verilməsi) göstərilib (14,3%).
"NewsCafe" xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.
Hesabat dövrü ərzində 57 əsassız imtina halı (0,001%) qeydə alınıb.
Əsassız imtina halları ilə bağlı 39 vətəndaşa sonradan mərkəzlərə dəvət olunaraq xidmət göstərilməsi təmin edilib. Digər 18 müraciət üzrə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728