Yeni nazir şöbə müdirini vəzifəsinə qaytardı

Tural İbadlı HiTech 11 fevral 2021
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri olub.
NewsCafe” xəbər verir ki, bu nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Pərvin İsmayılov vəzifəsindən azad edilib və onun yerinə təyinat olmayıb.
Nazirin digər əmri ilə hüquq şöbəsinin uzun müddət boş qalan müdiri vəzifəsinə Bəxtiyar Məmmədov gətirilib.
Qeyd edək ki, B.Məmmədov sabiq nazir Əli Abbasovun dövründə eyni adlı şöbəyə rəhbərlik edib və Ramin Quluzadənin vaxtında aşağı vəzifəyə keçirilib. Daha sonra isə o Nazirlikdən ayrılaraq Nazirlər Kabinetində çalışıb.
Rəşad Nəbiyev yanvarın 26-da nazir təyin edildikdən sonra geri çağırdığı ilk şəxslərdən biri olan B.Məmmədov Maltanın “FimBank”ı ilə məhkəmə çəkişmələrində Azərbaycan tərəfi təmsil edən əsas şəxs olub.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728