Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu

Tural İbadlı Oğurluq 19 fevral 2021
0
Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub.
Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728