İsveçrədə peyvənd olunan 16 nəfər ölüb

Tural İbadlı Səhiyyə 27 fevral 2021
0
İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, on altı nəfər isə vəfat edib.
“NewsCafe”nin məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.
Agentliyə daxil olan müraciətlərin əksəriyyəti Pfizer, Comirnaty və Moderna peyvəndi ilə əlaqədardır.
Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728