Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Tural İbadlı Oğurluq | Sosial 27 fevral 2021
0
Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.
"NewsCafe"nin "Report"a istinadən verdiyi xəbərə görə, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.
Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.
K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728