“Holcim Azərbaycan” cərimələndi

Tural İbadlı Maliyyə-Biznes 01 mart 2021
0
Holcim (Azərbaycan)” ASC-yə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə inzibati cərimə yazılıb.
NewsCafe”nin əldə etdiyi məlumata görə, protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə) maddəsi ilə tərtib edilib.
2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC rebrendinq edərək "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.
LafargeHolcim Qrup 1912-ci ildə İsveçrədə təsis edilib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031