İqtisadiyyat Nazirliyi "Bazarstore"da pozuntu aşkar edib

Tural İbadlı Maliyyə-Biznes | Sosial 01 mart 2021
0
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
"NewsCafe" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda "PAK-46" ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031