Millinin qapıçısı: "Tərbiyəm imkan verməzdi ki, xanım yeri silsin, mən də baxım"

Tural İbadlı Futbol 10 mart 2021
0
Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə oyununda etdiyi nümunəvi hərəkətdən danışıb.
"NewsCafe" xəbər verir ki, 30 yaşlı qapıçı "Report"a açıqlamasında təmizlik işçisinin döşəməni silməsinə imkan verməməsinin səbəbini söyləyib.
Təcrübəli oyunçu bunu Azərbaycan mentaliteti və aldığı tərbiyə ilə əlaqələndirib: "Damarımızda azərbaycanlı qanı axır. Bizdə böyüklərə, xüsusilə də qadınlara hörmət əsasdır. O da bir xanım və yaşca məndən böyük idi. Mədəniyyətim, tərbiyəm buna imkan verməzdi ki, həmin qadın gözümün qarşısında yeri silsin, mən də tamaşa edim".
Qeyd edək ki, Rövşən Hüseynli komandasının 5:3 hesablı qələbə qazandığı matçda xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib. O, ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb. Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031