Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 450 fərdi ev tikiləcək

Tural İbadlı Sosial təminat 10 mart 2021
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlərin tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tender elan edib.
NewsCafe” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 19-u saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 27-si saat 18:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Anna Elyaşinadır. Telefon: (012) 596-44-09.
Təkliflərə aprelin 28-i saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Bu tender hesabına 36 şəhər və rayonda 450 ədəd fərdi ev tikiləcək.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031