"Nar": Qarabağda şəbəkəmizin qurulması üçün investisiya ayrılıb

HiTech | Sosial 12 mart 2021


"Nar" tezliklə işğaldan azad edilmiş ərazilərdə şəbəkəsinin qurulmasına başlamaq istəyir və buna hazırdır”.

“Newscafe” xəbər verir ki, bunu "Report"a açıqlamasında əmtəə nişanının sahibi olan "Azərfon" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əziz Axundov deyib.

Onun sözlərinə görə, artıq şirkət Qarabağda işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırıb:

"44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş qələbə bizim üçün o qədər əhəmiyyətlidir ki, burada bütün biznes maraqları arxaya keçir. Əsas məsələ ən yüksək səviyyədə şəbəkə qurmaqdır. Müharibə vaxtı cəbhə bölgəsində şəbəkəni mobil səyyar stansiyalar vasitəsi ilə təmin edirdik. Təhlükəsizlik baxımından onların yerini açıqlamırdıq. Hazırda işğaldan azad edilmiş ərazilərdə şəbəkəmizin olması şirkətimizin şəbəkə infrastrukturu üzrə yatırımlarının əsas hissəsini təşkil edir. Bizim bütün planlaşdırmamız müharibədən dərhal sonra bitib. Texniki heyətimiz artıq bir sıra rayonlara səfər edib. Burada yalnız koordinasiya məsələsi var, hansı ki, müxtəlif dövlət orqanları təqdim edir və biz həmin qurumlardan dəstəyi artıq görmüşük. “Nar”ın investisiya ayırması, yerlərin müəyyən edilməsi və başqa proseslər artıq bitib. Tezliklə bu barədə sevindirici məlumatları verəcəyik”, - o qeyd edib.

 

Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031