Qorxmaz Hüseynovun oğluna vəzifə verildi

Tural İbadlı Daxili xəbərlər 15 mart 2021
0
“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.
NewsCafe”nin xəbərinə görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.
Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov Vəfa Allahverən qızı Mütəllimova namizəd göstərilib.
Qeyd edək ki, Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.
Qeyd edək ki, Hilal Hüseynov "Azərsu" ASC-nin sədri Qorxamz Hüseynovun oğludur.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031