
"NewsCafe"nin xəbərinə görə, videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülər A.Abdullayev Səbail Rayon Məhkəməsindən təcridxanaya aparılarkən çəkilib.
Videokadrlarda A.Abdullayevin anası da yer alıb
Qeyd edək ki, ötən həftə A.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.
[media=https://www.youtube.com/watch?v=EpawUqUnVlM]